Логотип

 (+99412) 310-09-01

Xəstəliklər

Saçların müalicə üsulları

лечение волос.jpg

İnsanın saçları xarici və daxili amillərin mənfi təsirlərinə kəskin reaksiya verə bilər. Belə təhlükəli təsirlərə çirklənmiş hava, stress, həddən artıq quru hava, rasionda əsas qida maddələrinin olmaması və hormonal pozğunluqlar daxildir. Klinikamızda siz lazım olan bütün trixoloji xidmətləri Azərbaycanda ala bilərsiniz. Qəbulu müxtəlif diaqnostika və müalicə üsullarından istifadə edən mütəxəssislər aparır. Trixoloq müşahidə və müayin keçirdikdən sonra, saç sağlamlığını bərpa etmək üçün ən uyğun müalicəni seçəcəkdir.

Saç müalicəsi üçün klinikada hansı üsullardan istifadə olunur

Klinikamızda saç müalicəsi üçün müxtəlif xidmətlər mövcuddur. Konkret bir üsul, yalnız müayinənin nəticələrini, diaqnozu və xəstənin ümumi sağlamlığını nəzərə alaraq, trixoloq-həkim tərəfindən seçilir. Biz sizə həmçinin trixoskopiya, saçın kompüter mikrodiaqnostikasını da təklif edirik.

İstifadə olunan müalicə üsulları:

  • mezoterapiya;
  • lazer terapiyası;
  • elektroporasiya;
  • darsonval;
  • başın kriomasajı;
  • ozon terapiyası.

Trixoloq-həkim saçların vəziyyətinin hansı səbəbdən pisləşməsini təyin edib, bunun qarşısını almaq üçün lazımi üsul seçəcək. Həmçinin klinikanın mütəxəssisləri evdə peşəkar saç baxım vasitələrinin seçilməsində də sizə köməklik göstərir.

Baş dərisinin mezoterapiyası

Mezoterapiya Azərbaycan trixoloqları tərəfindən aktiv şəkildə istifadə olunur və saç tökülməsi, saçların erkən ağarması, kəpək və baş dərisinin həddindən artıq quruluğu ilə mübarizənin effektiv vasitələrindən biri hesab olunur. İncə bir iynədən istifadə edərək, həkim tərkibində vitaminlərin, amin turşuların, minerallar kompleksinin, həmçinin saç follikullarının böyüməsini stimullaşdıran və toxuma qidalanmasını yaxşılaşdıran xüsusi bir kompozisiyanı tədbiq edir. Bu qıcıqlandırıcı təsirə, insan orqanizmi bu nöqtəyə qan axının artırılması və maddələr mübadiləsinin gücləndirilməsi ilə cavab verir.

Mezoterapiya proseduru yalnız tibb müəssisəsində, ixtisaslı, xüsusi təlim keçmiş trixoloqlar tərəfindən, bütün asepsiya və antisepsis qaydalarına riayət edilməklə aparılmalıdır. Hər bir xəstə üçün, saç tökülməsinin və ya saçın zədələnməsinin intensivliyindən asılı olaraq, tədbiq olunacaq məhlulun fərdi tərkibi və miqdarı seçilir. Mezoterapiya proseduru 18 yaşdan yuxarı xəstələrə təyin oluna bilər.

Lazer terapiyası

Lazer terapiyası - lazer şüalarının istifadəsinə əsaslanan saç müalicəsinin effektiv bir üsuludur. Belə müalicə saç follikullarının fəaliyyətini stimullaşdırır, baş dərisində qan dövranını artırır və hüceyrələrin bərpasını təşkil edir. Bu üsul piqmentasiyanı aradan qaldırmaq və zədələnmiş saçları bərpa etmək, ağ saçların və yağ vəzilərinin həddindən artıq aktivliyini azaldılması üçün də istifadə edilə bilər. Lazer terapiyası göbələk xəstəliklərini və baş dərisində iltihabı təhrik edən patogen mikroorqanizmlərin böyüməsinin qarşısını alır.

Elektroporasiya

Baş dərisinin elektroporasiyası, aşağı tezlikli elektrik impulslarından istifadə edərək, faydalı komponentlərin baş dərisinə inyeksiyadan istifadə etmədən çatdırılmasıdır. Onlar aktiv maddələrin hüceyrələrə daxil olmasının asanlaşdırılması üçün istifadə olunur. Bu texnika saçları bərpa etməyə, onların sıxlığını artırmağa və kökləri gücləndirməyə kömək edir. Elektroporasiya alopesiya, erkən saç ağarması, saçın xarici vəziyyətinin pisləşməsi, seboreya zamanı tədbiq olunur.

Darsonval

Darsonvalizasiya yüksək tezlikli impulslu cərəyanın və prosedur zamanı buraxılan ozonun istifadəsini nəzərdə tutur. Bu prosedur qan dövranını stimullaşdırır, saç follikullarının qidalanmasını yaxşılaşdırır. Prosedurdan sonra saçlar daha sağlam, güclü və parlaq olur. Ozon antiseptik təsir göstərir, kəpək və dəri xəstəliklərinə səbəb olan mikroorqanizmləri məhv edir.

Başın kriomasajı

Başın kriomasajı - toxumaları soyudan xüsusi maye azotdan istifadə edərək, dərinin masaj edildiyi bir prosedurdur. Bu prosedur qan dövranını yaxşılaşdırır, saçların böyüməsini stimullaşdırır, köklərini gücləndirir. O, həmçinin iltihabı aradan qaldıra və qıcıqlanmış baş dərisini sakitləşdirə bilər. Metod seboreya, alopesiya, kövrək və zəifləmiş saçların müalicəsi üçün istifadə olunur.

Ozon terapiyası

Ozon terapiyası saç böyüməsini aktivləşdirir, follikulları gücləndirir. Ozon iltihabla mübarizə aparmağa kömək edən, baş dərisinə təsir göstərən seboreya və digər dəri xəstəliklərinin simptomlarını azaldan antibakterial xüsusiyyətlərə malikdir. Metod göbələklərin məhvinə kömək edir, toxumaların qidalanmasını artırır, saçın xarici vəziyyətinə müsbət təsir göstərir.

Saç müalicəsi kompleks şəkilli bir yanaşma tələb edir. Prosedurlar, o cümlədən fizioterapiya, kurslarla tədbiq edilir. Onları multivitamin komplekslərinin qəbulu və müntəzəm masaj prosedurları ilə bir arada etmək olar.

Saçların kilinikada müalicəsinin üstünlükləri

Bakıda saç müalicəsi xidmətlərinə və təcrübəli trixoloqun köməyinə ehtiyacınız varsa, Doctor Hair klinikasının mütəxəsslərinin qəbuluna yazılın. Diaqnoz və terapiya müraciət etdiyiniz gün ərzində tamamlana bilər. Trixologiya üsulları yalnız saç tökülməsi və kövrəklik, seboreya, kəpəklə mübarizə üçün deyil, həm də profilaktik məqsədlər üçün istifadə olunur. Mümkün prosedurları və onların faydalarını mütəxəssislə pulsuz konsultasiya zamanı müzakirə edə bilərsiniz.

Telefonla Trichologist tərəfindən pulsuz məsləhətləşmə üçün qeydiyyatdan keçin:

 (+99412) 310-09-01

İstifadəçi suallar

Перелечены волосы и кожа головы, назначили акридерм, можно его мазать?
Перелечены волосы и кожа головы, назначили акридерм.
Наташа, вам необходимо наблюдение врача дерматолога. Акридерм разрешен в примени трихологии.
Стоит ли делать электропорацию после операций на щитовидной железе?
Можно ли мне эту процедуру?
Добрый день. По поводу рисков использования электропорации стоит обсудить этот вопрос с вашим эндокринологом.

Əlaqəli məqalələr

Evdə saç müalicəsi
Saç üçün xalq müalicəsi kövrəkliyi, saç tökülməsini, kəpəyi və bir çox başqa problemləri aradan qaldırmağa kömək edəcəkdir. Tam terapiya üçün trichologist tərəfindən peşəkar müalicədən də istifadə etmək tövsiyə olunur.
Saç tökülməsinə qarşı evdə müalicə
Домашнее лечение выпадения волос – удобный и эффективный метод, который помогает укрепить волосяные луковицы, улучшить их питание. Для лечения используется репейное масло, мед и другие ингредиенты.
Sağlam və gözəl saçlar
Если Вы хотите иметь длинные здоровые волосы, подобрать правильные средства ухода за волосами, подходящие именно Вам, помогут специалисты-трихологи клиники лечения волос «Doctor Hair». С помощью специальных диагностических методов врач определит причины заболеваний волос и составит схему лечения.
Qalın saçlar
Толщина волоса зависит от количества слоев кутикулы и волокон коркового слоя. Диаметр волоса изменяет и характер поверхности волосяной кутикулы. Более пористая структура у толстых волос, поэтому они склонны к сухости.
Normal saçlar
При выборе средств по уходу за нормальными волосами отдавайте предпочтение тем, в состав которых входят экстракты лекарственных трав, протеины, экстракты шелка, а также жиры растительного и животного происхождения.
Qarışıq saç tipi
Смешанный тип волос — жирные у основания корней, сухие и ломкие на кончиках — чаще всего встречается у обладательниц длинной шевелюры и порою вводит их в замешательство: как ухаживать за ними, чтобы уменьшить работу сальных желез и не пересушить и так ломкие кончики.

Отзывы