Логотип

 (+99412) 310-09-01

Saç və baş dərisinin diaqnozu və müalicəsi

Диагностика волос

Müasir dünyada səliqəli görünüşə sahib olmaq və yaxşı görünmək çox vacibdir, çünki bu, başqalarının bir insan haqqında düşüncəsinə, onun cəmiyyətdə təsdiqinə, bəyənilməməsinə, və hətta karyera pilləkənində yüksəlməsinə təsir göstərir. Sağlam və baxımlı saçlar təqdim olunan xarici görünüşün tərkib hissələrindən biridir.

Bu görüntünün lazımı səviyyədə saxlanmasına kömək edən gözəllik sənayesi bu gün çox inkişaf etmişdir. Mağaza rəflərində, demək olar ki, hər hansı bir saç probleminin, solğun saçları parlatmaq, qıvrım saçları düzəltmək, saç qalınlığını artırmaq, gücləndirmək və başqa saç problemlərinin həlli kimi göstərilən hər növ saç üçün şampunlara rast gələ bilərik. Dünyadakı kişilər və qadınlar bu vasitələri alır və amansızcasına saçlarını köpükləndirir, masaj edir, saçlarında saxlayırlar... Və bir qayda olaraq başa düşə bilmirlər, niyə reklam olunan şampunlar və maskalar kəpək, qaşınma, qırılma və saç tökülməsinə kömək etmir.

Məsələ burasındadır ki, insan bədəni – hər hansı bir dəyişikliyə reaksiya verən mürəkkəb və çox incə bir mexanizmdır. Dırnaqlar və saçlar bu dəyişikliklərə ilk reaksiya verənlərdəndir. Buna görə şampunlar seçmək əvəzinə bir trixoloqa müraciət etmək daha məqsədəuyğundur.

Klinika «Doctor Hair» on beş ildir saç və saç dərisini uğurla müalicə edir. Trixoloji mərkəzinin kollektivi müxtəlif alopesiya, seboreya və digər trixoloji (və) dəri xəstəliklərindən sizi xilas edəcək, yüksək ixtisaslı həkimlərdən ibarətdir. Klinika ən son texnologiya ilə təchiz olunmuşdur. Burada, yüksək mütəxəssis həkimlərin ixtiyarında olan, lisenziyalı, müasir avadanlıqlar olmaqdadır. Bütün bunlar, dəqiq diaqnoz qoymağa və hər bir xəstəyə uyğun fərdi müalicə təyin etməyə imkan verir.

Trichologistin məsləhətləşmələri, baş dərisinin və saçın Kompüter mikrodiagnostikası Pulsuz

Telefon nömrənizi qeyd edin Nömrəsia, biz zəng vurub sizin üçün rahat qəbul vaxtını seçəcəyik

Və ya bizə zəng edin
(+99412) 310-09-01
Mesaj göndərildi!
Mesaj göndərildi!

Trixologiyada diaqnostik üsullar

Effektiv müalicəni təyin etmək üçün saç və baş dərisinin vəziyyəti diaqnoz olunmalıdı. Bu, dörd mərhələdə baş verir və müxtəlif müayinə üsullarını əhatə edə bilər.

Birinci mərhələ: anamnez toplanması. Xəstə ilə müsahibə apararaq mütəxəssis problemin anadangəlmə və ya qazanılmış, xroniki və ya kəskin olduğunu, xəstənin özünün hərəkətlərində buna gətirib çıxaran səhvlərin olub olmadığını (düzgün qayğı, aqressiv prosedurlar) müəyyən etməyə kömək etmək üçün lazım olan məlumatları öyrənir. Belə məlumatlara aşağıdakılar daxildir:

  • Saç tökülməsi nə vaxtdan başlayıb?
  • İrsi faktor varmı;
  • Daxili xəstəliklər varmı, onların növləri;
  • Əvvəllər hər hansısa bir müalicə olubmu və hansı;
  • Güclü və daimi stressin olması;
  • Pəhrizlər və s.

İkinci mərhələdə həkim xəstəni müayinə edir. Burada trix(h)oloq çapıqlı və ya çapıqsız saç tökülməsini tapır, xəstəlik ocaqlarının yerini müəyyən edir, saç sıxlığının incəlmə dərəcəsini, baş dərisinin növünü, yağlılıq səviyyəsini və saçın vəziyyətini qiymətləndirir. Eyni mərhələdə baş dərisinin soyulması, iltihabı, qızartı və digər patologiyaları aşkar edilir.

Bundan sonra həkim dermatoskopiya və kompüter diaqnostikası aparır. Xüsusi avadanlıqların köməyi ilə həkim qaranlıq və ənsə zonalarda bir neçə fotoşəkil çəkir, bundan sonra o, saçın təxmini sıxlığını, diametrini hesablayır, vellus tüklər ilə əlaqəni ortaya çıxarır, dəri və qan damarlarını qiymətləndirir.

Üçüncü mərhələ saç və baş dərisi xəstəliklərinin laborator diaqnostikasıdır. Bu müayinə anemiyanı, gizli dəmir çatışmazlığını, hematopoezdə və qalxanabənzər vəzin funksiyasında promlemləri istisna etməyə kömək edir. Bütün bunlar, xüsusilə əyər qadın saç tökülməsindən şikayət edərsə, çox vacibdir.

  • Yanlış, məhdud və ya balanssız qidalanma faktı (məsələn, pəhriz zamanı) aşkar edilərsə, vitaminlər, mikroelementlər və zülallar üçün analizlər təyin edilir.
  • Menstruasiya dövrünün uğursuzluğu, hirsutizm, sonsuzluq, bədən çəkisinin pozulması halında cinsi hormonların səviyyəsini təyin etmək lazımdır. Onların çatışmazlığı aşkar edilərsə, hipofiz vəzinin, yumurtalıqların, adrenal vəzlərin və mədəaltı vəzinin işini tənzimləyən dərmanlar təyin edilir.
  • Bəzən alopesiya zamanı, qaraciyər və böyrək funksiyasını izləmək üçün analizlərə ehtiyac var (əgər müşahidə olunan xəstəliklər varsa).

Həmçinin oxuyun
Saçlarınız çox tökülürsə, səbəblər hər hansı daxili xəstəliklər (şəkərli diabet, qalxanabənzər vəzin böyüməsi, qan azlığı, böyrəküstü vəzi xəstəlikləri və s.), vitamin çatışmazlığı, zərərli kimyəvi təsirlərlə bağlı ola bilər.

Dördüncü mərhələ isə trixoskopiyadır. Alopesiya diaqnozu üçün bu aparat üsulu həkimə sadə vizual müayinədən daha çox şey görməyə kömək edir. Trixoskopiya saç böyüməsi fazasını və sürətini, dərinin, çubuqların, qan damarlarının vəziyyətini, follikulları, sebum ifrazının səviyyəsini qiymətləndirməyə və köklərin ölçüsünü təyin etməyə imkan verir. Trixoskopiyanın mütləq üstünlüyü ondan ibarətdir ki, o, hormonal itki ilə xroniki diffuz nəticəsində olan itki arasındakı fərqi, yəni androgenetik alopesiyanı ən erkən mərhələlərdə müəyyən etməyə kömək edir. Bu müayinə həm müalicədən əvvəl, həm də başa çatdıqdan sonra aparılır ki, bu da terapiyanın nə qədər effektiv olduğunu başa düşməyə və zəruri hallarda müalicə rejimini tənzimləməyə imkan verir.

Trixoskopiya baş dərisinin bütövlüyünü pozmayan və çətinliklərə səbəb olmayan ağrısız və təhlükəsiz bir prosedurdur. Klinikamızda bu prosedur, eləcə də kompüter diaqnostikası ödənişsizdir.

Həmçinin, həkim klinik vəziyyəti müəyyən etmək üçün bir formula ilə ümumi qan analizi, TSH və T4 tiroid hormonları üçün analiz, viral xəstəliklər üçün analiz, ferritin səviyyəsi və digər məlumatları öyrənmək üçün analizlər təyin edə bilər.

Niyə məhz bizə muraciət etməyə dəyər?

  • Ən yüksək səviyyəli mütəxəssis həkimlər, baş dərisi, saç problemlərinin öyrənilməsi və müalicəsində uzun illər təcrübəsi olan Avrasiya Trixoloqlar Assosiasiyasının hazırkı üzvləri;
  • Mütəxəssislərin davamlı inkişafı, onların bacarıqlarını artırmaq üçün seminar və təlimlərin keçirilməsi;
  • Müasir lisenziyalı avadanlıq;
  • İnnovativ müalicə üsulları;
  • Xəstələrə fərdi yanaşma.

Mərkəzimizdə, siz trixoloqun pulsuz konsultasiyasına yazıla və diaqnostika ala bilərsiniz. Məsləhətləşmə zamanı həkim xəstəliyiniz üçün bir sıra testlər təyin edəcək. Mütəxəssis müayinə keçirəcək və diaqnoza uyğun olaraq hansı üsulların saçları bərpa etməyə kömək edəcəyini izah edəcək.

«Doctor Hair» klinikasının (+99412) 310-09-01 nömrəsinə zəng etməklə və ya internet saytındakı müraciət formasını doldurmaqla trixoloqun qəbuluna yazıla bilərsiniz.

Telefonla Trichologist tərəfindən pulsuz məsləhətləşmə üçün qeydiyyatdan keçin:

 (+99412) 310-09-01

İstifadəçi suallar

Pulsuz konsultasiyadan sonra müalicəyə ehtiyac varmı?
Pulsuz konsultasiya və diaqnostikadan sonra ödənişli müalicədən imtina edə bilərəmmi? Yoxsa onlara pul ödəməlisən?
Günortanız Xeyir. Doctor Hair klinikasında konsultasiya və diaqnostika ödənişsizdir və siz müalicəni yalnız keçmək niyyətində olduğunuz halda ödəyirsiniz. Ancaq başa düşməlisiniz ki, məsləhətləşmə zamanı sizə klinikada keçə biləcəyiniz bir müalicə planı təklif olunacaq.
Xaricilər klinikanıza müraciət edə bilərmi?
Xaricilər klinikanıza müraciət edə bilərmi?
salam Anna. Xarici vətəndaşlar klinikamızda müalicə oluna bilərlər

Отзывы

Bütün həkimlər

Bizim həkimlər